Dadaşov millinin düşərgəsindən zədəli qayıdıb

11:59 - 22 Noyabr 2018

Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov millimizin UEFA Millətlər Liqasının 6-cı turunda Kosovoya 0:4 hesabı ilə darmadağın olduqları oyunda zədələnib.


Sportal.az xəbər verir ki, bu barədə Münster təmsilçisinin baş məşqçisi Marko Antverpen deyib. O, Dadaşovun zədəsinin ciddi olmadığına və hücumçunun "Braunşveyq"ə qarşı oyunda iştirakına ümid etdiyini deyib.

 

Qeyd edək ki, Dadaşov Millətlər Liqasında 3 oyuna qol vurmayıb.

Xəbər xətti