"Liverpul" Kərəmə göz dikib

12:13 - 22 Noyabr 2018

"Liverpul"un qışda transfer etmək istədiyi futbolçu məlum olub.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" "Hoffenhaym"ın Türkiyə əsilli alman yarımmüdafiəçisi Kərəm Dəmirbaya göz dikib. "Daily Express"də yer alan məlumata görə, mersisaydlılar 25 yaşlı futbolçunu transferində israrlıdır. Yurgen Klopp "Borrusiya"da çalışdığı dönəmdə Dəmirbay Dortmund klubunun akademiyasında çıxış edib.

 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2016-cı ildən "Hoffenhaym"da çıxış edir.

Xəbər xətti