"Çelsi" Kantenin maaşını ikiqat artıracaq

12:28 - 22 Noyabr 2018

"Çelsi" yarımmüdafiəçisi Nqolo Kanteyə yeni müqavilə təklif etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan London klubu Fransa millisinin üzvünə 5 illik müqavilə təklif edəcək. İngiltərə mətbuatına yer alan məlumata görə, "zadəganlar" Kantenin həftəlik maaşını 168 min funt-sterlinqdən 325 minə yüksəldəcək.

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2016-cı ildə 36 milyon avroya "Lester Siti"dən "Çelsi"yə keçmişdi.

Xəbər xətti