Neymar "Liverpul"la oyunu buraxacaq

15:12 - 22 Noyabr 2018

Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”la qarşılaşacaq PSJ oyuna ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvü Neymar bu vacib görüşü buraxacaq.
Kamerunla yoxlama oyununda zədələnən Braziliya millisinin üzvü iki həftə meydana çıxa bilməyəcək.  Paris təmsilçisinin digər zədəli futbolçusu Kilian Mbappenin isə oyuna hazır olub-olmayacağı hələlik bəlli deyil.

 

Qeyd edək ki, PSJ – “Liverpul” matçı noyabrın 28-də “Park de Prens”də keçiriləcək.

Xəbər xətti