Birinci Divizionun XI turuna start verilib

16:30 - 22 Noyabr 2018

Birinci divizionda 11-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. "Şüvəlan" doğma meydanda "Turan Tovuz"dan üstün olub - 1:0. "Qaradağ Lökbatan" səfərdə "Ağsu"nun qapısından 4 cavabsız qol keçirib.

 

Autsayderlər qrupunda yer alan "Kəpəz" isə növbəti dəfə meydanı məğlub tərk edib. Gəncə təmsilçisi səfərdə "Sumqayıt" 0:1 hesabı ilə uduzub.

 

Turun digər oyunları sabah keçiriləcək.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 28 xalla MOİK başçılıq edir. "Sumqayıt-2" 21 xalla 2-ci, "Neftçi-2" isə 20 xalla 3-cüdür.

 

Birinci divizion

 

11-ci tur

 

22 noyabr (cümə axşamı)

 

14:00. "Şüvəlan" - "Turan Tovuz" - 3:1
Qollar: Azər İsmayılov, 42 (1:0), Elçin Qasımov, 73 (1:1), Raul Süleymanzadə, 78 (2:1), Akif Tağıyev, 85 (3:1)
Qırmızı vərəqə: Sənan Qocayev ("Turan Tovuz"), 61

 

14:00. "Sumqayıt-2" - "Kəpəz" - 1:0
Qol: Elvin Nəsibov, 41
Qırmızı vərəqə: Ruzi Abdullayev ("Kəpəz"), 90+2

 

14:00. "Ağsu" - "Qaradağ Lökbatan" 0:4
Qollar: Tofiq Mikayılov, 31 (0:1), 80 (0:3), Bəhruz Teymurov, 78 (0:2), Niyazi Qasımzadə, 90 (0:4)

Xəbər xətti