"Salah "Liverpul"dan ayrıla bilər" - baş məşqçi

17:55 - 22 Noyabr 2018

Xavyer Aqirre 
 

Sportal.az xəbər verir ki, meksikalı mütəxəssis belə bir fikir səsləndirməsinin səbəbini də açıqlayıb. O, bildirib ki, əgər mersisaydlılar titul qazana bilməsə, Salah komandadan gedəcək:

 

"Əgər "Liverpul" bu mövsüm də titulsuz qalsa, 1-2 mövsümdən sonra Salah komandanı tərk edəcək. Yurgen Klopp da bunu gözəl başa düşür. Bu səbəbdən onlar əllərindən gələni edəcəklər ki, mövsümün sonunda nəsə qazansınlar".

 

Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.

Xəbər xətti