"Sumqayıt"ın rəhbərliyi və baş məşqçisi azarkeşlərlə görüşüb

18:19 - 22 Noyabr 2018

"Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev və komandamızın yeni baş məşqçisi Ayxan Abbasov bu gün klubun bazasında azarkeşlərlə görüşüb.

 

Sportal.az xəbər verir ki,tədbirdə klubun rəsmi fanklubun üzvləri iştirak edib. Görüş zamanı Ayxan Abbasov azarkeşlərin dəstəklərinə ehtiyaclarının olduğunu dilə gətirməklə yanaşı onların suallarını cavablandırıb. Klubun rəhbərliyi, baş məşqçi və azarkeşlər arasında fikir mübadiləsi aparılıb, fanklub üzvlərinin təklifləri dəyərləndirilib.

Xəbər xətti