Bolt Super Liqa klubuna keçir?

00:54 - 23 Noyabr 2018

Yüngül Atletika üzrə altı qat olimpiya çempionu Usayn Bolt futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, atletika karyerasını bitirdikdən sonra futbola başlayan yamaykalı idmançı Türkiyənin "Sivasspor" klubundan təklif alıb.

 

Türkiyə mətbuatının yaydığı məlumata görə, hazırda Super Liqa klubu Boltla danışıqlar aparır. Tərəfələr arasında artıq ilk görüş də baş tutub. Növbəti görüş zamanı razılıq əldə olunsa, Bolt Sivas təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcək.  

 

Qeyd edək ki, 32 yaşlı Bolt son olaraq, Avstraliyanın "Sentral Kost Mariners" klubunda baxışda olub. Onun xidmətində Dieqo Maradonanın baş məşqçisi olduğu Meksikanın "Dorados de Sinaloa" klubunun da maraqlı olduğu bildirilir.

Xəbər xətti