Qurban Qurbanovun oğlu I Divizionda ilk qolunu vurdu, MOİK-i məğlub edən tapıldı

16:49 - 23 Noyabr 2018

Azərbaycan birinci divizionunda 11-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki,lider MOİK "Neftçi-2" ilə ev oyununda uduzub - 1:2. Bu, ordu klubunun mövsümdə ilk məğlubiyyətidir. 

 

"Sabah - 2" səfərdə "Səbail-2"yə, "Keşlə -2" isə "Zirə-2"yə qalib gəlib. "Qarabağ-2" - "Zaqatala" matçında isə 1:1 hesablı bərabərlik qeydə alınıb. Meydan sahiblərinin qolunu millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub. Bu, onun birinci divizionda ilk qoludur. Maraqlıdır ki, gənc hücumçu ilk qolunu əmisi Musa Qurbanovun prezidenti olduğu "Zaqatala"ya vurub.


23 noyabr

“Səbail - 2” – “Sabah -2” – 0:2
Qollar:
Zahid Mərdanov, 19, Tolqar Yaqubov, 54

 

“Qarabağ-2” – “Zaqatala” – 1:1
Qollar:
Musa Qurbanlı, 26 - Roini İsmayılov, 42

 

MOİK – “Neftçi-2” – 1:2
Qollar: 
Raul Yaqubzadə, 87 - Elnur Süleymanov, 77-p., Xəyal Tomanov, 90+3

 

“Zirə-2” – “Keşlə-2” – 1:4
Qollar:
Taleh Rzayev, 86 - Şirməhəmməd Məmmədov, 49, Emin Quliyev, 67, Qabil Sarıoğlu, 74, Ruslan Nəsirli, 90+3

 

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla MOİK başçılıq edir. "Sumqayıt-2" 24 xalla 2-ci, "Neftçi-2" 23 xalla 3-cüdür.

Xəbər xətti