"Qəbələ"nin "Keşlə" ilə 47-ci dueli

17:15 - 23 Noyabr 2018

Bu həftə Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə başa çatacaq. 

 

Sportal.az xəbər verir ki, “Qəbələ” 12-ci turda “Keşlə” ilə qarşılaşacaq. Görüş Noyabrın 24-də  Bakıdakı “ASK Arena”da keçiriləcək.

 

Bu oyun iki komanda arasında 47-ci matç olacaq. Rəqiblər ilk dəfə 2006/07 mövsümündə üz-üzə gəlib. İndiyədək baş tutan 46 matçda “Qəbələ” 14 qələbə qazanıb, 16 heç-heçə edib və 16 dəfə uduzub. Paytaxt klubunun 59 qol vurduğu matçlarda “qırmızı-qaralar” 48 dəfə fərqlənib. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.

 

Əvvəlki 46 matçdan 41-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 16 heç-heçə edib və 14 dəfə uduzub. Bu qarşılaşmalarda 41 qol vuran "Qəbələ" futbolçuları 52 top buraxıb.

 

İndiyədək 22 dəfə bu komandanın qonağı olan “Qəbələ” səfərdə 6 qələbə qazanıb. Hesabında 6 heç-heçə olan komanda 10 dəfə meydanı məğlub tərk edib. “Keşlə”nin ev oyunlarında meydan sahibləri 36, “qırmızı-qaralar” 21 qol vurub.

Xəbər xətti