"Borussiya" baş məşqçi ilə müqaviləni yenilədi

18:29 - 23 Noyabr 2018

Münhenqladbax “Borussiya”sı baş məşqçisi Diter Hekkinqlə müqaviləni yeniləyib. 

 

Sportal.az-ın  klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Hekkinq 2020-ci ilin yayına qədər komandadakı işini davam etdirəcək.

 

Qeyd edək ki, almaniyalı mütəxəssis 2016-cı ildən “Borussiya”nı çalışdırır. Onun komandası Bundesliqada 11 turdan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb. 

Xəbər xətti