Ramil Şeydayev "Spartak"a qarşı 90 dəqiqə oynadı

17:29 - 25 Noyabr 2018

Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Spartak”la üz-üzə gəlib. Samara təmsilçisi oyunda hesabı açan tərəf olsa da, yekunda məğlubiyyətlə barışıb - 1:3.

 

Şeydayev oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 22 yaşlı forvard 83-cü dəqiqədə sarı vərəqə alıb.

 

“Krılya Sovetov” 15 turdan sonra 14 xalla 13-cüdür.

Xəbər xətti