Samir Abasov: "Özüm də tərəddüdlü idim ki, kimə nə deyim"

00:09 - 26 Noyabr 2018

"İlk hissədə rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu, bizə bəraət qazandırmır. Futbolçularımız bir az təşvişə düşdülər, sanki oyunumuzdan qopduq. Ancaq ikinci hissədə qol vurmağı bacardıq".

 

Sportal.az “Report”a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt"a evdə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib. 39 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

- Bir komandada baş məşqçi dəyişikliyi varsa, 90 faiz müsbət olur. Çünki futbolçularda canlanma yaranır. "Sumqayıt"da da bu olmuşdu və bizə sərf etmirdi. Bunun nəticəsini ilk hissədə gördük. Ancaq bunun altından çıxa bildik. Futboçularıma dedim ki, ilk hissəni yaddan çıxarın. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq.

 

- İlk hissədə siz də sakit idiniz. Bəlkə də komanda ona görə oynamırdı. Ancaq fasilədə tam fərqli mənzərə oldu, komanda oynadı və qalib gəldi.

- İlk hissə mənim üçün şok idi. Çünki bütün komanda olaraq sanki oyundan qopmaq, bir az anarxiya vardı. Özüm də tərəddüd içərisində idim ki, kimə nə deyim. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə nəzarəti ələ ala bildik. Bu, fasilələrlə bizə uğur gətirdi.

 

- Deyəsən, məşqlərdə etdikləriniz bu gün alındı. Xüsusilə, Bilal Hamdinin cinah ötürmələri zamanı...

- Dünən məşqdə bunun üzərində işləmişdik. Tapşırıqlarımızı etdilər, ancaq ilk hissədə bunu edə bilmədilər. Fasiləyədək meydanda 6 yarımmüdafiəçi vardı. Ancaq ikinci hissədə fikirləşdim ki, nəsə dəyişər. Kamal Mirzəyev təmiz oyundan çıxmışdı. Məcbur olduq əvəzləməyə əl atdıq.

 

- Köməkçiləriniz bir-bir qovulur.

- Vəfadar Quliyev də keçən dəfə heç nədən, gözlənilmədən qovuldu.

Xəbər xətti