Ramil Şeydayev: "Bizə qarşı çox haqsızlıq oldu"

10:04 - 26 Noyabr 2018

Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Rusiya Premyer Liqasının 15-ci turunda səfərdə "Spartak"a 1:3 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada 90 dəqiqə ərzində meydanda olan Ramil Şeydayev oyundan sonra fikirlərini böülüşb.

 

- Cari mövsüm ilk dəfə start heyətdə meydana çıxdın. Həyəcan var idi?

- Start heyətdə meydana çıxacağımı qarşılaşmadan bir neçə gün bilirdim. Əlbəttə, həyəcanlandım. Bir az narahat oldum. Lakin hakimin fitindən sonra hər şey rahat keçdi.

 

- Cərimə meydançasına ötürmə edən zaman "Spartak"ın futbolçusu bunun qarşısını əllə kəsdi. Epizodu necə şərh edərsən?

- Orada penalti olduğu açıq-aşkar görünürdü. Hər şey təmiz göründü, ancaq hakimin fiti susdu. Nə deyim axı. Bu oyunda bizə qarşı çox haqsızlıq oldu. Digər tərəfdən düşünürsən ki, hakimlər də insandı və yanlış qərarlar ola bilər.

 

 

- Hesabda irəli olsaz da, bunu qoruya bilmədiniz. İlk qoldan dərhal sonra ikincini də buraxdınız. Nələr baş verdi?

- İlk qolu buraxdıqdan dərhal sonra qapımızda ikinci topu gördük. Görünür, konsentrasiyanı itirdiyimiz üçün rəqib ardıcıl 2 dəfə bizi məyus etdi.

 

- Qış fasiləsinə kimi iki oyununuz qalıb. Düşüncələrin necədi?

- Hər iki matç çətin olacaq. Biz yalnız öz oyunumuzu düşünməliyik. Yaxşı oynasaq da,nəticələr nə bizi, nə də azarkeşləri qane edir. Ümid edirəm ki, qarşıdakı həlledici matçlarda özümüzü bir az daha yaxşı tərəfdən göstərəcəyik.

Xəbər xətti