"Qabiqol" yenidən Avropaya qayıda bilər

13:29 - 26 Noyabr 2018

2016/17 mövsümündə böyük ümidlərlə "İnter"ə transfer olan, ancaq istənilən performansı göstərməyərək, "Santos"a icarəyə verilən Qabriel Barboza bu dəfə İngiltərə Premyer Liqasına üz tuta bilər.

 

Sportal.az xəbər verir ki, "Santos"da yenidən forma yığan 22 yaşlı hücumçu "Everton"un transfer hədəfinə düşüb. İtaliya mətbuatının məlumatına görə, Liverpul təmsilçisi "Qabiqol" ləqəbli futbolçunun transferi üçün "İnter"in qapısını döyəcək.

 

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Santos"da 47 oyuna 20 qol vurub, 1 assist edib.

Xəbər xətti