Cüneyt Çakıra növbəti ciddi təyinat

15:40 - 26 Noyabr 2018

Türkiyəli hakim Çempionlar Liqasının oyununa təyinat alıb

 

Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunda “Tottenhem”lə “İnter” qarşı-qarşıya gələcək. Ouyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.

 

Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və Barış Şimşək olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.

 

Qeyd edək ki, “Tottenhem” – “İnter” oyunu  noyabrın 28-i keçiriləcək.

Xəbər xətti