Dedovdan ilk, “Zirə”dən 18-ci

16:20 - 26 Noyabr 2018

Aleksandr Dedov “Zirə”nin heyətində ilk dubluna imza atıb. 


Sportal.az saytının məlumatına görə, moldovalı legioner “Sumqayıt”la Topaz Premyer Liqasının XII turunun ev oyununun (3:1) hər hissəsində 1 qol vurub.

 

Bu, bakılıların cari mövsümdə ikinci dubludu. Dedova qədər Mirsahib Abbasov bir oyunda 2 qol vurmağa nail olmuşdu. O, I turdan təxirə salınan “Qarabağ”la səfər matçında (2:3) fərqlənmişdi. Dedovun dublu “Zirə”nin tarixində 11-i Premyer Liqada olmaqla ümumilikdə 18-ci belə uğurudu.

 

Qeyd edək ki, “Zirə”də vurduğu qolların sayını 6-ya yüksəldən Dedov klub tarixinin bombardirləri siyahısında 8-ci yerə şərik olan Adil Nağıyev, Nurlan Novruzov, Yovan Krneta və Elnur Abdulova çatıb. Bütün qollarını Premyer Liqada vuran Aleksandr Vüsal İsgəndərli və Yovan Krneta ilə 4-cü yerə şərikdir.

Xəbər xətti