İnyesta: "Barselona" və "Real" arasındakı münasibətləri Mourinyo qızışdırırdı"

01:07 - 27 Noyabr 2018

Karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirən Andres İnyesta Joze Mourinyo ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, İnyesta portuqaliyalı mütəxəssisin "Real"ı çalışdırdığı dönəmlərdə İspaniya millisinə zərər vurdğunu deyib:

 

"Barselona" və "Real" arasındakı rəqabət hər kəsə bəllidi. Ancaq bu rəqabətdə Mourinyo ağ eləmişdi. "Barselona" tərəfə nifrət etdi və bunun arxasında gizləndi. "Barselona" - "Real" arasındakı münasibətləri Mourinyo qızışdırırdı. Onun bu hərəkətləri İspaniya millisinə də ziyan vururdu".

Xəbər xətti