Nəbiyev oynadı, "Slaviya" 4 qolla qalib gəldi

11:06 - 27 Noyabr 2018

Çexiyan gənclər liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” səfərdə “Slovan”a 4:2 hesabı ilə qalib gəlib.

 

Cari mövsüm 10 qol vuran Nəbiyev 46-cı dəqiqədə meydana daxil olub.

 

“Slaviya”nın U-21 komandası 17 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti