Qurbanov irəlilədi, Bordin "zirzəmiyə" yuvarlandı

11:30 - 27 Noyabr 2018

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 455-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib.

 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 976-cı pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 278 pillə geriləyib. Bordin italiyalı baş məşqçilər arasında sonuncu yerdə qərar tutub.

 

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.

Xəbər xətti