Hazarddan ayrılıq açıqlaması

12:28 - 27 Noyabr 2018

"Çelsi"nin və Belçika millisinin ulduzu Eden Hazard gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi qış fasiləsində klubdan ayrılmayacağını deyib:

 

"Hazırda "Çelsi"yə köklənmişəm. Mövsümün sonunda müqaviləmin 1 ili qalacaq. Qış fasiləsində "Çelsi"dən ayrılmayacam. Bunu azarkeşlərə və kluba edə bilmərəm. Bundan əlavə, karyeramın npvbəti illərini də "Çelsi"də keçirə bilmərəm".

 

Qeyd edək ki, Hazard 2012-ci ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti