Birinci divizionda cəzalar açıqlandı

14:29 - 27 Noyabr 2018

Birinci divizionun 11-ci turunda keçirilən MOİK - "Neftçi-2" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

 

Sportal.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçın final fitindən sonra komandalar arasında qarşıdurma baş verib. AFFA İntizam Komitəsinin bugünkü iclasında məsələyə baxılıb və hər iki klub 240 manat məbləğində cərimələnib.

 

Bundan başqa, "Qarabağ-2" - "Zaqatala" görüşündə meydan sahiblərinin geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlayıb. Bu səbəbdən Ağdam klubu 240 manat cərimə ödəməli olacaq.

Xəbər xətti