Premyer Liqamızdakı oyunçular nə qədər qazanır ?

15:26 - 27 Noyabr 2018

“Sporting Intelligence” təşkilatı ölkə çempionatlarındakı futbolçuların gəlirlərini hesablayıb.

 

Sportal.az xəbər verir ki, siyahıya Topaz Premyer Liqasının futbolçuları da daxil edilib. Araşdırmaya əsasən, Azərbaycan çempionatadındakı futbolçuların  illik qazancı orta hesabla 46 min 582 dollar və ya 52 638 avrodur. Bu isə 103 min manatdan çox edir.

 

Siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. Bu liqadakı futbolçuların illik əmək haqqısı 3,47 milyon avro təşkil edir. İspaniya La Liqasında isə bu rəqəm 2,55 milyon avrodur.

Xəbər xətti