"Barselona" Dembele ilə bağlı qərarını verdi

17:45 - 27 Noyabr 2018

"Barselona"nın futbolçusu Usman Dembele bu qış Kataloniya klubundan ayrılmayacaq.

 

Sporta.az-ın xəbərinə görə, bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb. Kataloniya klubunun 21 yaşlı hücumçunun "Barsa"dan ayrılmaq istədiyi xəbərləri təkzib etdiyi vurğulanıb.

 

Qeyd edək ki, Dembelenin PSJ-yə transfer oluna biləcəyi iddia olunurdu.

 

Xatırladaq ki, U.Dembele La Liqada "Atletiko" ilə matçda (1:1) komandasının bərabərlik qolunu vurub. Bununla da o, özünə olan etimadı qaytardığı bildirilib.

Xəbər xətti