"Qəbələ" "Herta"ya uduzub, Gənclər Liqası ilə vidalaşdı

18:50 - 28 Noyabr 2018

"Qəbələ"nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun II mərhələsində cavab oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz səfərdə "Herta" ilə üz-üzə gəlib. Evdəki görüşdə rəqibinə 1:3 hesabı ilə uduzan "qırmızı-qaralar" səfərdə də rəqibi ilə bacarmayıb.

 

Berlindəki "Vurfplats" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 16:00-da başlayacaq.

 

UEFA Gənclər Liqası, Çempionlar yolu

II mərhələ, cavab oyunu

28 noyabr

 

16:00. “Herta” (Almaniya) - “Qəbələ” (Azərbaycan) 1:0

Qol: Məhəmməd Kiprit,24
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (hamısı Macarıstan), Lasse Koslovski (Almaniya)
Berlin. “Vurfplats” stadionu
İlk oyun – 3:1

Xəbər xətti