Van Qal: "Neymar qayıtsa, "Barselona"ya xeyir verməyəcək"

17:15 - 28 Noyabr 2018

Hollandiyalı mütəxəssis Lui Van Qal PSJ-nin hücumçusu Neymarın “Barselona”ya mümkün qayıdışını dəyərləndirib.

 

Sportal.az-ın “goal.com”a istinadən yaydığı məlumata görə, braziliyalı hücumçunun daha çox fərdi oynadığını vurğulayan 66 yaşlı çalışdırıcı "Barselona"ya bu transferi məsləhət bilmədiyini deyib: 

 

“Barselona”nın Neymarı geri qaytarması komandaya xeyir verməyəcək. Neymar hələ gəncdir. Komanda ilə çıxış etməyi öyrənməlidir. O, daha çox fərdi oynayır. Bu, “Barselona”nın tərzinə uyğun deyil”.

 

Qeyd edək ki, Neymar ötən mövsümün əvvəlində Kataloniya klubundan 222 milyon qarşılığında PSJ-yə transfer olunmuşdu.

Xəbər xətti