"Qarabağ" azarkeşlərə müraciət etdi

14:41 - 29 Noyabr 2018

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Sportinq”lə oyun öncəsi azarkeşlərinə müraciət edib.

 

Sportal.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, müraciətdə matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapılarının 3 saat əvvəldən (saat 18:55) açıq olacağı, ictimai dayanacaqların azarkeşlərin xidmətində olacağı və oyun gec başa çatacağından “Koroğlu” metrostansiyasının daha gec – 01:00-da bağlanacağı bildirilib.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də başlayacaq.

Xəbər xətti