Messi 1 qolla 2 rekorda imza atdı

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekordlara imza atıb.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSV ilə səfər oyununda (2:1) komandasının ilk qolunu vuraraq “Barselona” forması ilə ÇL-də 106-cı qoluna imza atıb. O, bununla da, bir komanda ilə ÇL-də ən çox qol vuran futbolçu olub.

 

Buna qədər ÇL-də bir komanda ilə ən çox qol vuran futbolçu Kriştiano Ronaldo idi. “Yuventus”un portuqaliyalı hücumçusu “Real” forması ilə 105 qol vurmuşdu.

 

Bundan başqa, Messi ÇL-in qrup mərhələsində ən çox qol vuran futbolçu adına da yiyələnib. O, qrup mərhələsindəki qollarını 66-ya çatdırıb.

Tarix: 29 Noyabr [17:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio