"Səbail"in futbolçusu üçün il erkən başa çatdı

18:34 - 29 Noyabr 2018

“Səbail”in yarımmüdafiəçisi Vüqar Bəybalayev üçün çempionatın bu ili erkən bitib.

 

Sportal.az saytının məlumatına görə, zədəli olan Vüqarın “Sumqayıt” və “Qəbələ” ilə matçlarda iştirak etməyəcəyi dəqiqləşib. Həkimlər Vüqarı Azərbaycan Kubokunun oyunlarına qədər hazır vəziyyətə gətirmək istəyirlər. 

 

Qeyd edək ki, “Səbail”in heyətində zədəli futbolçuların sayı çoxdur.

Xəbər xətti