"Kəpəz"də istefa: İcraçı-direktor getdi

11:07 - 30 Noyabr 2018

“Kəpəz”in icraçı-direktoru Elnur Camalxanov istefa verib.

 

Sportal.az xəbər verir ki, klub bunu həmin şəxsin həmsədri olduğu Neapol-Bakı Assosiasiyasında iş yükünün çoxluğu ilə əlaqələndirib.

 

Camalxanov ötən ilin noyabrından Gəncə təmsilçisində həmin vəzifəni yerinə yetirib.

 

Qeyd edək ki, cari mövsümdən I Divizionda düşən "Kəpəz"in İdarə Heyətinin sədri Elmar Vəliyev oktyabrın son 10 günlüyündə həmin səbəbdən istefa verib. 

Xəbər xətti