Almeydalı "Astana" "Dinamo"ya uduzdu

13:25 - 30 Noyabr 2018

Qazaxıstanın “Astana” klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Ukraynanın Kiyev "Dinamo"sunu qəbul edib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını "Astana" 0-1 hesabı ilə uduzub. Qonaqlar qələbə sayəsində mərhələ adlamağı bacarıb.

 

Start heyətdə meydana çıxan Almeyda 58-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, “Astana” 5 turdan sonra 8 xalla yer aldığı K qrupunda ikinci pillədə qərarlaşıb.

Xəbər xətti