"Səbail" qış hazırlıq planını müəyyənləşdirdi: Ölkə xarici, 4 yoxlama oyunu

16:55 - 30 Noyabr 2018

"Səbail"in qış hazırlıq planı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaqlar.  

 

Lara bölgəsindəki “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi gələn il yanvarın 12-dən 25-dək nəzərdə tutulub. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Matçların tarixi və rəqiblər hələ dəqiqləşməyib.

 

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar.

Xəbər xətti