"Bavariya" Riberi və Robbenlə bağlı qərar verdi

17:50 - 30 Noyabr 2018

“Bavariya” təcrübəli futbolçuları Frank Riberi və Aryen Robbenlə bağlı qərarını verib.


Sportal.az-ın “Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, Münhen klubu mövsümün sonunda müqavilə müddəti bitəcək yarımmüdafiəçilərlə yollarını ayırmağı planlaşdırır.


Riberinin Fransaya qayıtmq fikrində olmadığı, karyerasını ölkədən kənarda davam etdirməyi düşündüyü bildirilir.


Qeyd edək ki, 35 yaşlı Riberi 2007-ci, 34 yaşlı Robben isə 2009-cu ildən “Bavariya”da çıxış edir.

Xəbər xətti