Vilya yeni klubunu açıqladı: İnyesta ilə eyni komandada

17:06 - 1 Dekabr 2018

MLS təmsilçisi “Nyu-York Siti”də çıxış edən David Vilya karyerasını Yaponiyanın “Vissel Kobe” klubunda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçunun keçidi barədə klubun “twitter” səhifəsində məlumat verilib. 

 

“Vissel Kobe” klubunda Vilyanın “Barselona”dakı sabiq komanda yoldaşı Andres İnyesta və almaniyalı hücumçu Lukas Podolski çıxış edir.

 

Qeyd edək ki, Vilya 2014-cü ildən "Nyu York Siti"də oynayırdı.

Xəbər xətti