Ayxan Abbasov: "Bu, bizim gizli silahımız idi"

21:57 - 1 Dekabr 2018

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 13-cü turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Abbasov öncə qələbəni şərh edib:

 

- Öncə Rahid Əmirquliyevə anasının vəfatına görə başsağlığı verirəm. İkincisi, "Sumqayıt" azarkeşlərini bu şəhərə futbolun qayıtması münasibətilə təbrik edirəm. Bilirdik ki, çətin olacaq. Rəqib müdafiədə sıx oyunu ilə seçilir. Keçən oyun yaxşı oynadıq. Bu gün futbolçularımdan ən çox tələbim qələbə qazanmaq idi. Çünki 3 xal bizə çox vacib idi. Qələbə qazanmadıqca futbolçularda psixoloji vəziyyət pisləşirdi. İnamı qaytarmaq üçün 3 xal çox lazım idi. Bilirik ki, qarşıda çətin qrafik gözləyir. İnşallah, bundan uğurla çıxarıq

 

– Bu gün 4 müdafiəçi ilə oynadız. Əvvəl 5 müdafiəçi ilə oynayırdız. Bu dəyişiklik nə ilə bağlıydı?
– Rəqibə görə taktikada dəyişikliklər olacaq. Hücumda çoxluq təşkil edirdik. Hücuma çıxarkən 5 müdafiəçi ilə oynayırdıq. Bu da bizim gizli silahımız idi. Oyunun sonunda Atilla Yıldırım yorulmuşdu, ona görə də yenidən 5 müdafiəçi ilə oynadıq. Gələcəkdə yenə dəyişikliklər olacaq.

Xəbər xətti