"Borussiya" "Frayburq"u əliboş yola saldı VİDEO

01:29 - 2 Dekabr 2018

Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Borussiya Dortmund" evdə "Frayburq"a 2:0 hesabı ilə qalib gəlib.

 

Bundesliqada turnir cədvəlinə 33 xalla "Borussiya Dortmund" başçılıq edir. Bir oyun az keçirən "Borussiya Münhenqladbax" 26 xalla 2-ci, "Bavariya" 24 xalla 3-cüdü. "Frayburq" isə 14 xalla 13-cü yerdə qərarlaşıb.

 

"Borussiya Dortmund" 2-0 "Frayburq"

Qollar: Marko Roys, 40 (pen.), Pako Alksaer, 90

 

Xəbər xətti