2018-ci ilin rəmzi komandası FOTO

14:46 - 2 Dekabr 2018

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin rəmzi komandasını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, rəmzi komanda 90 ölkənin mütəxəssisləri arasında keçirilən səsvermə ilə müəyyənləşib.

 

Qapıçı: Tibo Kurtua (Belçika, “Çelsi”/”Real”);

 

Müdafiəçilər: Serxio Ramos (İspaniya, “Real”), Rafael Varan (Fransa, “Real”), Marselo (Braziliya, “Real”), Dieqo Qodin (Uruqvay, “Atletiko”);

 

Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, “Real”), Eden Hazard (Belçika, “Çelsi”), Antuan Qrizmann (Fransa, “Atletiko”);

 

Hücumçular: Lionel Messi (Argentina, “Barselona”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”/”Yuventus”), Kilian Mbappe (Fransa, PSJ)

 

Baş məşqçi: Didye Deşam (Fransa)

 

Xəbər xətti