"Liverpul" son dəqiqə qolu ilə qalib gəldi VİDEO

23:56 - 2 Dekabr 2018

İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Liverpul" evdə "Everton"u qəbul edib. Derbidən meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

 

Premyer Liqada turnir cədvəlinə 38 xalı olan "Mançester Siti" başçılıq edir. "Liverpul" 36 xalla 2-ci yerdə qərarlaşıb. "Çelsi" 31 xalla 3-cüdü. "Arsenal" və "Tottenhem" 30 xalla 4-5-ci yerləri bölüşürlər. "Everton" və "Mançester Yunayted" 22 xalla 6-7-ci yerlərdə qərarlaşıblar.

 

"Liverpul" 1-0 "Everton" 

Qol: Divok Oriji, 90+5

 

Xəbər xətti