Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılır

11:47 - 3 Dekabr 2018

Bu gün Millətlər Liqasında “Dördlər finalı”nın püşkatma mərasimi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində təşkil ediləcək mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

 

Portuqaliya, Hollandiya, İngiltərə və İsveçrənin iştirak edəcəyi püşkdə yarımfinal cütləri müəyyənləşəcək.

 

Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Dördlər finalı”nın yarımfinalları 2019-cu il iyunun 5-6-da, final və 3-cülük görüşü isə iyunun 9-da olacaq.

Xəbər xətti