Milli üçün tanış rəqiblər: 19 oyun 1 qələbə

12:20 - 3 Dekabr 2018

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsindəki bütün rəqibləri ilə daha əvvəl qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, qrupun ən güclüsü sayılan Xorvatiya ilə indiyə qədər 2 dəfə üz-üzə gəlmişik. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan ilk matçda Osiyekdə bu rəqibə 0:6 uduzan yığma Bakıdakı qarşılaşmada 1:1 hesablı heç-heçə etməyi bacarıb.
 
Milli Uelslə 6 dəfə qarşılaşıb. Bu görüşlərin hamısı rəsmi xarakter daşıyıb. 5 matçda uduzan yığmamız 1 heç-heçə edə bilib. Yeganə xal DÇ-2006-nın seçmə mərhələsində qazanılıb. 2004-cü ilin 4 sentyabrında Bakıda baş tutan qarşılaşmada komandalar hərəyə 1 qol vurub, 1 xal əldə edib.
 
Slovakiyaya qarşı da 6 rəsmi oyun keçirən milli bunların 5-də məğlub olub. Qrupdakı rəqiblərlə duellərdə yeganə qələbə də məhz slovaklar üzərində əldə edilib. Bu, DÇ-2002-nin seçmə mərhələsində baş veribb. 2001-ci ilin 6 iyununda Bakıda keçirilən qarşılaşma komandamız 2:0 üstün olub.
 
Macarıstan millisinə qarşı 4 rəsmi, 1 yoxlama matçı keçirən millimiz bunların hamısına məğlub olub. 5 görüşdə macarlara cəmi 1 qol vurmaq mümkün olub.
 
Qrup rəqiblərinə qarşı 19 matçda millimiz ümumilikdə 1 qələbə qazanıb, 2 heç-heçə edib. 16 qarşlaşmada komandamız uduzan tərəf olub. Bu matçlarda 6 qol vuran komanda, 44 dəfə mərkəzə dəvət olunub.
 
AVRO-2020-dəki rəqiblərlə əvvəlki oyunlar
 
Xorvatiya
13 oktyabr 2014. Osiyek. AÇ. Xorvatiya – Azərbaycan – 6:0
 3 sentyabr 2015. Bakı. AÇ. Azərbaycan – Xorvatiya – 0:0

Uels
20 noyabr 2002. Bakı. AÇ. Azərbaycan – Uels – 0:2
29 mart 2003. Kardiff. AÇ. Uels – Azərbaycan – 4:0
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels – 1:1
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan – 2:0
6 sentyabr 2008. Kardif. DÇ. Uels – Azərbaycan – 1:0
6 iyun 2009. Bakı. DÇ. Azərbaycan – Uels – 0:1

Slovakiya
29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan – 4:1
16 avqust 1995. Trabzon. AÇ. Azərbaycan – Slovakiya – 0:1
5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan – 3:0
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya – 0:1
28 mart 2001. Trnava. DÇ. Slovakiya – Azərbaycan – 3:1
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya – 2:0

 

Macarıstan
10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan – 0:3
10 sentyabr 1997. Budapeşt. DÇ. Macarıstan – Azərbaycan – 3:1
10 oktyabr 1998. Bakı. AÇ. Azərbaycan – Macarıstan – 0:4
8 sentyabr 1999. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan – 3:0
9 fevral 2011. Dubay. YO. Azərbaycan – Macarıstan – 0:2

Xəbər xətti