UEFA VAR-la bağlı qərarını dəyişdi

15:15 - 3 Dekabr 2018

Bu mövsüm Çempionlar Liqasında  videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

 

Sportal.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, yeni texnologiyanın 1/8 final mərhələsindən etibarən tətbiq olunacağı açıqlanıb. 


UEFA əvvəlcə VAR-dan ÇL-in 2019-2020 mövsümündə istifadə olunacağını açıqlasa da, DÇ-2018-də qeydə alınan hakim səhvləri bu sistemdən dah tez istifadə olunması zərurətini yaradıb.

 

Qeyd edək ki, Almaniya Bundesliqası, İtaliya A seriyası və İspaniya La Liqasında istifadə olunan bu sistem gələn mövsüm İngiltərə Premyer Liqasında da tətbiq olunacaq.

Xəbər xətti