Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atıldı

19:25 - 3 Dekabr 2018

Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb. 

 

Sportal.az xəbər verir ki, A Liqasının qaliblərinin qatıldığı "Dördlər fiinalı"nın yarımfinalında Portuqaliya - Hollandiya və İsveçrə - İngiltərə cütləri mübarizə aparacaq. 

 

Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu ilin iyunun 5-6-da yarımmfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq. 

 

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında yer aldığı D Liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-off mərhələsinə vəsiqəni təmin edə bilməyib.  

Xəbər xətti