Abdullah Zubir: "Neftçi"yə təslim olmayacağıq" MÜSAHİBƏ

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Topaz Premyer Liqasının XIII turunda "Keşlə" üzərində qazandıqları böyükhesablı qələbədən sonra jurnalistlərə müsahibə verib.

 

Sportal.az saytı 26 yaşlı Mərakeş əsilli fransız futbolçunun müsahibəsini təqdim edir:

 

- "Keşlə"ni böyük hesabla məğlub etdiniz. Qarşılaşma haqda fikirləriniz necədir?

- Oyun gözlədiyimiz kimi alındı. Avropa Liqasında uğrusuz nəticə qazanmışdıq, bu oyuna qələbə istəyi ilə çıxmışdıq. Bütün oyunlardan qələbə gözləyirsən, amma nəticənin necə olacağını bilmirsən. Qələbə qazandığımıza görə özümü xoşbəxt hiss edirəm. 

 

- "Sportinq"ə ağır məğlubiyyətdən sonra bu oyuna hazırlaşmaq çətin olmadı?

- Bu, futboldur. Hər uğrusuz nəticədən sonra növbəti oyuna hazırlaşmaq və qələbə qazanmaq istəyirsən. Uğrusuzluğu qələbə qazanmaqla, uğurlu oyunla unutdurmaq mümkündür. Çempionat oyunları bizim üçün çox vacibdir. Ona görə bu oyuna motivasiya tapmağımız təbiidir. 

 

- "Sportinq"in revanşını "Keşlə"dən aldığınızı düşünmək olar?

- Yox. "Keşlə" "Sportinq" deyil ki acıq çıxaq. Biz rəqibə hörmətlə yanaşırıq, normal oynadıq, çünki qələbə qazanmaq istəyirdik. 

 

- Çempionatın lideri "Neftçi" ilə aranızda xal fərqi var. Bunu aradan qaldırmaq çətin olmayacaq?

- "Neftçi" ilə aramızda xal fərqinin olduğunu bilirik. Onlar bu mövsüm iddialıdırlar, yaxşı oyun nümayiş etdirirlər. Lakin biz təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, yekunda sevinən tərəf biz olacağıq.

 

- Qarşıda "Arsenal"la oyununuz olacaq. "Sportinq"lə matçdakı məğlubiyyət sizi qorxutmur?

- Nə deyə bilərəm? Futboldur, aydın məsələdir ki, çətin olacaq. Londona yaxşı oyun göstərməyə, yaxşı nəticə əldə etməyə gedəcəyik. 

Tarix: 3 Dekabr [22:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio