"Qarabağ" "Neftçi"ni daramadağın etdi VİDEO

00:25 - 4 Dekabr 2018

Bu gün birinci divizionda 10-cu turdan təxirə salınan bir oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın ikinci komandası səfərdə “Neftçi-2” ilə üz-üə gəlib. Görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların sonuncu qoluna Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

 

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 17-yə yüksəldən “Qarabağ-2” 9-cu pillədəki yerini qoruyub. “Neftçi-2” isə 23 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 29 xalla MOİK başçılıq edir. “Hərbçilər”dən 2 xal az toplayan “Sumqayıt-2” ikinci sırada yer alır.

 

“Neftçi-2” – “Qarabağ-2” - 0:3
Qollar:
Cavid Bayramov, 71, Zaur Fərzəliyev, 75, Musa Qurbanlı, 83

 

Xəbər xətti