"Qızıl top"un qalibi bəlli oldu

"France Football" jurnalı tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "qızıl top" mükafatının sahibi məlum olub.

 

Sportal.az xəbər verir ki, mükafatın təqdimatı Fransanın paytaxtı Parisdə keçirilib. "Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç qalib adına layiq görülüb.

 

33 yaşlı yarımmüdafiəçi ilk dəfə bu mükafata sahib çıxıb. Kriştiano Ronaldo 2-ci, Antuan Qrizmann 3-cü olub.

 

Qeyd edək ki, Modriç FIFA-nın təsis etdiyi "The Best" mükafatını da qazanmışdı.

Tarix: 4 Dekabr [01:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio