Paşayev oynamadı, komandası "Vorskla"nı məğlub etdi

10:33 - 4 Dekabr 2018

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə “Vorskla”nı 1:0 hesabı ilə məğlub edib.

 

Paşayev matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Aleksandriya” 36 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti