"Fənərbaxça" evdə xal itirdi VİDEO

11:05 - 4 Dekabr 2018

Türkiyə Super Liqasında 14-cü tur başa çatıb.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" evdə "Kasımpaşa" ilə 2:2 hesablı heç-heçə edib.

Super Liqada turnir cədvəlinə 30 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" 26 xalla 2-cidi. "Beşiktaş" və "Qalatasaray" 24 xalla 3-4-cü yerləri bölüşürlər. 14 xalı olan "Fənərbaxça" 15-ci yerdə qərarlaşıb.

"Fənərbaxça" 2-2 "Kasımpaşa"
Qollar: 
Roman Noyştedter, 44, Özgür Çek, 45 (avtoqol) - Mbaye Diagne, 22, 54
 

Xəbər xətti