AFFA-nın diqqətində olan futbolçu PSJ, "Çelsi" və "Arsenal"ın hədəfində

"Beşiktaş"ın "Feyenoord"dan transfer etmək istədiyi Orkun Kökcü üçün Avropa nəhəngləri də "elçi düşüb".

 

Sportal.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçini İngiltərənin "Çelsi", "Tottenhem" və Arsenal" klubları transfer hədəfinə alıb. Kökcünün transferi üçün Rotterdam klubu ilə danışıqlar aparılır. Orkunla "Beşiktaş"la PSJ-nin də maraqlandığı bildirilir.

 

Orkun Kökçü 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün qardaşıdır. Ozan Türkiyə I Liqasında çıxış edən "Giresunspor"da çıxış edir.

 

Qeyd edək ki, AFFA bir müddət Orkun Kökcünü də milliləşdirmək üçün addın atıb, lakin Orkun Hollandiya millisini seçməyi üstün tutub. Orkun Hollandiyanın U-19 millisinin üzvüdü.

Tarix: 4 Dekabr [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio