Salah hədəflərini açıqladı: "Premyer Liqada çempion olmaq istəyirəm"

"Liverpul"un misirli ulduzu Məhəmməd Salah hədəflərindən danışıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu komandası ilə kubok qazanmaq istədiyini deyib: "Hədəfim ötən mövsümdəkindən çox qol vurmaq deyil. Klubla titul qazanmaq istəyirəm. Ötən mövsüm Çempionlar Liqasını qazanmağa çox yaxınlaşdıq, amma futbol belə bir idman növüdü. Nəticəni qəbul etməlisən".

 

Salah bu mövsüm titul qazanacaqlarına inandığını bildirib: "Məncə, bu mövsüm nəsə edəcəyik. Premyer Liqada çempion olmaq istəyirəm. Bunun üçün sona qədər mübarizə aparacağıq".

 

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm 20 oyuna 9 qol vurub, 4 assist edib.

Tarix: 4 Dekabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Dekabr 2018
18  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio