Hazard "Atletiko"nun hədəfində

13:17 - 4 Dekabr 2018

Münhenqladbax "Borussiya"sının ulduzu Torqan Hazard üçün yeni iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı vinqerlə Madridin "Atletiko" klubu maraqlanır. Bu barədə "Bild" nəşri məlumat yayıb. Madrid klubu müqaviləsinin başa çatmasına 18 ay qalan belçikalını transfer etmək üçün Bundesliqa təmsilçisinə tezliklə təklif göndərəcək.

 

Torqan Hazard cari mövsüm 14 oyuna 11 qol vurub, 6 assist edib.

 

Qeyd edək ki, 27 yaşlı Eden Hazard ailədə ən böyük qardaşdır. Torqanın 25, "Serkl Brügge"də oynayan Kilian Hazardın 23 yaşı var.

 

Xəbər xətti